01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Boris Consonun yerinə o gəlmək niyyətindədir

Boris Consonun yerinə o gəlmək niyyətindədir

Britaniya Parlamentinin İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Tom Tuqendhat hakim Mühafizəkarlar Partiyasının lideri və nəticədə Boris Consonun istefasından sonra Böyük Britaniyanın Baş naziri postuna namizədliyini irəli sürmək niyyətini rəsmi olaraq elan edən ikinci siyasətçi oldu.

GununNebzi.az
“TASS”a istinadən xəbər verir ki, bu barədə deputat “The Daily Telegraph” qəzetində dərc edilən məqaləsində yazıb:

“Fəaliyyətimiz xalqın xidmətçi kimi britaniyalıların maraqlarına uyğun olmalıdır. Mən əvvəllər silahlı qüvvələrdə xidmət etmişəm, indi isə parlamentdə xidmət edirəm. İndi ümid edirəm ki, Baş nazir kimi bunun öhdəsindən gələcəyəm. Yeni başlanğıc vaxtıdır”.

Qeyd edək ki, Boris Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar Partiyasının lideri postundan istefa vermək barədə qərar qəbul etdiyini açıqlayıb.

Həmçinin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra etməyə davam edəcəyini bildirib.

Tarix: 8-07-2022, 08:57 Oxunub: 21


Bölməyə aid digər xəbərlər
7-07-2022, 21:20 Zelenski Consonla danışdı