23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Zelenski Consonla danışdı

Zelenski Consonla danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

GununNebzi.az
“Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Dövlət başçısı işğalın ilk günündən Ukraynanı dəstəklədiyinə, habelə beynəlxalq arenada Ukraynanın maraqlarını müdafiə etdiyinə görə Baz nazirə təşəkkür edib:

“Biz hamımız bu xəbəri kədərlə qarşıladıq. Təkcə mən deyil, sizə rəğbət bəsləyən bütün Ukrayna cəmiyyəti. Bütün Ofisim və bütün ukraynalılar göstərdiyiniz dəstəyə görə sizə minnətdardır. Böyük Britaniyanın dəstəyinin davam edəcəyinə şübhəmiz yoxdur”.

Qeyd edək ki, Boris Conson bu gün Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar partiyasının lideri postundan istefa vermək barədə qərar qəbul etdiyini açıqlayıb.

Həmçinin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra etməyə davam edəcəyini bildirib.

Tarix: 7-07-2022, 21:20 Oxunub: 38


Bölməyə aid digər xəbərlər