16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Xersonda ruslara sarsıdıcı zərbə: 100 ölü, 200 yaralı

Xersonda ruslara sarsıdıcı zərbə: 100 ölü, 200 yaralı

Ukrayna ordusu Xerson vilayətinin Novaya Kaxovka şəhəri yaxınlığındakı Rusiya ordusunun silah-sursat anbarını, idarəetmə məntəqəsini məhv edib.

GununNebzi.az
verir ki, bu barədə Odessa vilayət administrasiyasının spikeri Sergey Bratçuk deyib.

“Zərbə 49-cu ordunun idarəetmə məntəqəsinə, hava hücumundan müdafiə sistemləri və raket anbarına endirilib. İlkin məlumata görə, 100-dən çox ölü, 200-dən çox isə yaralı var. Yaralıların yarısının vəziyyəti ağırdır”, - Bratçuk bildirib.

Onun sözlərinə görə, ölü və yaralılar arasında yüksək rütbəli zabitlər də var. Ruslar hadisə yerinə təxliyə qrupları göndəriblər.


(axar.az)

Tarix: 10-07-2022, 16:26 Oxunub: 30


Bölməyə aid digər xəbərlər