“ABŞ Tbilisi görüşünü alqışlayır”

“ABŞ Tbilisi görüşünü alqışlayır”

“ABŞ Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında keçirilən görüşü alqışlayır”.

GununNebzi.az
xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət departamentinin sözçüsü Ned Prays deyib.

“Dialoq Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyə nail olmaq üçün ən yaxşı vasitədir və ABŞ bunu bütün mümkün vasitələrlə dəstəkləməyə davam edəcək”, - deyə Prays söyləyib.

Onun sözlərinə görə, ABŞ İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılmasında fəal rol oynayır: “ABŞ ikitərəfli və eyni mövqeli tərəfdaşlarla birlikdə, o cümlədən ATƏT-in Minsk Qrupunda həmsədrlik çərçivəsində tərəflərə uzunmüddətli və hərtərəfli sülhün əldə edilməsində köməklik göstərməyə hazır olduğunu mütəmadi olaraq bəyan edib”.

Xatırladaq ki, iyulun 16-sı Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilib.

Tarix: 19-07-2022, 10:20 Oxunub: 31


Bölməyə aid digər xəbərlər