23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ukraynanın ən böyük dostu olacağam - Trass

Ukraynanın ən böyük dostu olacağam - Trass

Baş nazir postunu qazanaramsa, Ukraynanın ən böyük dostu olacaq və dərhal Ukrayna Prezidenti Vladimir Zelenskiyə zəng edəcəyəm.

GununNebzi.az
xəbər verir ki, bu sözləri Böyük Britaniya xarici işlər naziri, baş nazir vəzifəsinə namizəd Liz Trass deyib.

Onun sözlərinə görə, Ukraynanı daha çox silah və humanitar yardımla təmin etmək üçün müttəfiqlərlə çalışacaq.

“Baş nazir kimi mən də Boris Consonun ardınca gedərək Ukraynanın ən böyük dostu olacağam və Putinin Ukraynada uğursuzluğa düçar olmasını və strateji məğlubiyyətə uğramasını və gələcəkdə Rusiyanın məhdudlaşdırılmasını təmin etməyə tam tam zəmanət verirəm. İndi qorxunc diktatora güzəşt və kompromislərdən danışmağın vaxtı deyil”, - Trass bildirib.

Tarix: 29-07-2022, 10:57 Oxunub: 22


Bölməyə aid digər xəbərlər