23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Pelosidən Tayvan səfəri ilə bağlı ilk - Açıqlama

Pelosidən Tayvan səfəri ilə bağlı ilk - Açıqlama

“Tayvana səfər ABŞ-ın Çinlə bağlı siyasətinə zidd deyil”.

GununNebzi.az
“TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin yazılı bəyanatında deyilir:

“Tayvana səfərimiz Konqres nümayəndə heyətindən biri kimi nümunədir. Və heç bir halda ABŞ-ın 1979-cu il Tayvanla münasibətlər aktı, ABŞ-Çin Birgə Kommunikeləri və “Altı vəd”ə əsaslanan uzunmüddətli siyasətinə zidd deyil”.

Spiker əlavə edib ki, onun Tayvana səfəri Birləşmiş Ştatların adanın formalaşmaqda olan demokratiyasına dəstəyinin sübutudur.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvanda səfərdədir. Onun səfəri ABŞ-la Çin arasında gərginliyin artmasına səbəb olub.

Tarix: 2-08-2022, 20:04 Oxunub: 27


Bölməyə aid digər xəbərlər