23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Toyların keçirilməsinə icazə verildi, amma oynamaq qadağan edildi

Toyların keçirilməsinə icazə verildi, amma oynamaq qadağan edildiTürkiyə koronavirus pandemiyasının yaratdığı məhdudiyyətləri mərhələli şəkildə ortadan qaldırmağa başlayıb.

İyul ayının 1-dən bu ölkədə toyların keçirilməsinə də icazə veriləcək. Ancaq toylar əvvəlki dəbdıbısindən uzaq olacaqlar. Belə ki, Daxili İşlər Nazirliyi 81 regiona toylarla bağlı təlimat göndərilib.

Belə ki, toylar yoluxma riskini azaltmaq məqsədi ilə mümkün qədər tez bitəcək və açıq havada keçiriləcək. Qonaqların oturması zamanı sosial məsafə nəzərə alınacaq. Məkanlarda, masalarda dezinfeksiya edici məhlullar yerləşdiriləcək. Girişdəə qonaqların hərarətləri ölçüləcək. Bədən temperaturu 38-dən yuxarı olanlar ən yaxın səhiyyə ocağına göndəriləcəklər.

Bakupost.az-ın ayzdığına görə, toyda qonaqlar maskada olacaqlar. Maskasız gələn şəxslərə də salon girişində maskalar veriləcək. Toylarda qarşılama, yola salma, nəmər vermək, əl verib görüşmək, qucaqlaşmaq kimi salamlaşmalar olmayacaq. Hədiyyələr salonun bir tərəfində olan qutulara salınacaq. Foto çəkdirən, tort kəsilən zaman da gəlin və bəydən başqa hər kəs məsafə saxlayacaq.

Gəlin bəydən başqa şəxslərin məsafə qaydalarını pozmamaq üçün oynamasına, yallı gedilməsinə də icazə verilməyəcək.


Tarix: 24-06-2020, 17:10 Oxunub: 112


Bölməyə aid digər xəbərlər