18:09 / 18-12-2024
Sabah da qar yağacaq
17:57 / 18-12-2024
Həbs müddətləri azaldıldı
Zelenski bu ölkələrə XƏBƏRDARLIQ ETDİ – QORXUNC SÖZLƏR

Zelenski bu ölkələrə XƏBƏRDARLIQ ETDİ – QORXUNC SÖZLƏR

Ukrayna lideri Volodimir Zelenski Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı bir çox ölkələrə xəbərdarlıq edib.

GununNebzi.az-
ın xarici mediaya istinadən məlumatına görə, Zelenski Atom Elektrik Stansiyasının ətrafının Rusiya ordusu tərəfindən davamlı olaraq bombalandığını bidirib:

“Rusiya Zaporojye Atom Elektrik Stansiyasında və onun ətrafında təxribat xarakterli hərəkətlərini davam etdirir. İşğalçılar elektrik stansiyasını qorumaq bəhanəsi ilə yaxınlıqdakı şəhərləri və ictimai yerləri bombalamağa davam edirlər. Rusiya sursat və avadanlıqlarını faktiki elektrik stansiyası anbarlarında saxlayır. Bütün bunlar onu göstərir ki, Rusiya Avropa ölkələrinin və digər 15 ölkənin təhlükəsizlik tələblərini rədd edir. Əgər bu terror dövləti beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymursa, bu, təcili tədbir görülməsi lazım olan bir vəziyyətdir. Zaporojye Atom Elektrik Stansiyasında baş verəcək hər hansı radiasiya hadisəsi Avropa Birliyi ölkələrinə, Türkiyəyə, Gürcüstana və ucqar bölgələrdəki digər ölkələrə zərbə vuracaq. Hamısı küləyin istiqamətindən və gücündən asılıdır. Əgər Rusiyanın hərəkətləri fəlakətə gətirib çıxarsa, bunun nəticəsi hələlik səssiz qalanları vura bilər. Əgər dünya indi atom elektrik stansiyasını müdafiə etmək üçün güc və əzm göstərməsə, bu, dünyanın əldən getməsi demək olacaq”.

Beynəlxalq Atom Enerjisi Agentliyi, Birləşmiş Millətlər Təşkilatı və 7 böyük ölkənin xarici işlər nazirlərinin Rusiyanı hərəkətlərini dayandırmağa çağırdıqlarını xatırladan Zelenski, “Bununla belə, Rusiya, Rusiyanın Atom Enerjisi Agentliyi Rosatom və bu terror dövlətinin bütün nüvə təsisatlarına qarşı yeni sərt sanksiyaların tətbiqinə çağırış edilməlidir. Bütün rus əsgərləri elektrik stansiyasının yaxınlığından və bölgədən qeyd-şərtsiz geri çəkilməlidir” – deyə, əlavə edib.

Tarix: 16-08-2022, 17:22 Oxunub: 72


Bölməyə aid digər xəbərlər