23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Nüvə silahından istifadə etməyə hazıram” - Liz Trass

“Nüvə silahından istifadə etməyə hazıram” - Liz Trass

Böyük Britaniyanın sabiq Baş naziri Boris Consonun istefasından sonra hakim Mühafizəkarlar Partiyasının lideri və hökumət başçısı vəzifəsinə iddialı olan xarici işlər naziri Liz Trass lazım gələrsə, nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib.

GununNebzi.az
xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

“Hesab edirəm ki, bu, Baş nazirin mühüm vəzifəsidir. Mən bunu etməyə hazıram”, - Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Birminhemdə Mühafizəkarlar Partiyasının üzvləri ilə görüşdə krallıq üçün belə təhlükənin olacağı təqdirdə nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, Boris Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib. Lakin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra edəcək.

Tarix: 24-08-2022, 09:23 Oxunub: 68


Bölməyə aid digər xəbərlər