01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
"Zaporojye AES-də vəziyyət narahatedicidir” - Borrel

"Zaporojye AES-də vəziyyət narahatedicidir” - Borrel

Avropa İttifaqı (Aİ) Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasında vəziyyətin “son dərəcə narahatedici” olduğunu bildirib.

GununNebzi.az
xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell açıqlama verib.

Vəziyyəti “son dərəcə narahatedici” kimi xarakterizə edən Borrell vurğulayıb ki, Rusiya zədələnmiş elektrik xətlərinin təmirini və stansiyanın Ukrayna enerji sisteminə tam qoşulmasını təmin etməlidir.

Borrell həmçinin bəyan edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin mütəxəssislərinin obyektə getməsinə icazə verilməlidir.

Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.

Tarix: 27-08-2022, 00:31 Oxunub: 18


Bölməyə aid digər xəbərlər