23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
XİN rus diplomatların həlak olduğu terror aktını pislədi

XİN rus diplomatların həlak olduğu terror aktını pislədi

“5 sentyabr 2022-ci il tarixində Rusiya Federasiyasının Kabil şəhərindəki səfirliyinə edilən terror hücumu nəticəsində 2 rus diplomatın, habelə əfqan vətəndaşların vəfat etməsi xəbərini kədərlə qarşılayırıq”​.

Bu barədə Xarici İşlər Nazirliyinin verdiyi məlumatda bildirilir.

“Terrorla üzləşmiş bir dövlət olaraq Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir. Diplomatların həyatına qəsd qəbul edilməzdir.

Terror hücumu nəticəsində həyatını itirən şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir və yaralıların tezliklə sağalmasını diləyirik”, - deyə məlumatda qeyd olunub.

Tarix: 5-09-2022, 16:06 Oxunub: 32


Bölməyə aid digər xəbərlər