06:49 / 10-01-2025
İcra başçısı sakinlərlə görüşdə belə isindi - Foto
00:41 / 10-01-2025
Müdafiə Nazirliyi məlumat yaydı
19:26 / 09-01-2025
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən kənarlaşdırıldı
19:24 / 09-01-2025
Xəzərdə narkopriton təşkil edən 12 nəfər saxlanıldı - FOTO
19:20 / 09-01-2025
“Bu, Ermənistanın “xoş niyyətlərinin” təsdiqi hesab edilə bilməz” - Ayxan Hacızadə
17:49 / 09-01-2025
Bakının məşhur bazarı bu əraziyə köçürülür - VİDEO
17:47 / 09-01-2025
Azərbaycanda regional təhsil idarəsində KÜTLƏVİ İXTİSAR
17:43 / 09-01-2025
İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi
15:46 / 09-01-2025
Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edildi
15:43 / 09-01-2025
İlyas İsmayılov reanimasiyaya yerləşdirildi - vəziyyəti ağırdı
14:41 / 09-01-2025
İlqar Mustafayevin həbs müddəti uzadıldı
14:38 / 09-01-2025
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
14:37 / 09-01-2025
Ötən il Dövlət Xidmətinin 249 əməkdaşı
11:50 / 09-01-2025
"Şuşa"nın yerində bu universitet olacaq - FOTO
11:40 / 09-01-2025
Los-Ancelesdə meşə yanğınlarının arealı genişlənib, 100 min nəfərin təxliyəsinə göstəriş verilib - FOTO
11:37 / 09-01-2025
Bakıda məktəbdə valideynlər arasında baş verən insidentlə bağlı ekspertiza aparılır
11:37 / 09-01-2025
Cəbrayılda avtomobil aşıb, ölən və xəsarət alanlar var
10:48 / 09-01-2025
Həkim əməliyyatın ortasında ad günü qeyd etdi, yoxlama başladı - Video
10:47 / 09-01-2025
76 yaşlı kişi özünü pəncərədən atdı
08:09 / 09-01-2025
İlk xarici səfərini Türkiyəyə edəcək
23:32 / 08-01-2025
Ərdoğan İlham Əliyevə zəng etdi
19:35 / 08-01-2025
Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq
19:31 / 08-01-2025
Zaporojeyə hücum olub - Ölən və yaralananlar var
18:58 / 08-01-2025
Vəzifəli şəxsi qəzada öldü - Yenilənib-Foto
18:55 / 08-01-2025
Vilayət Eyvazov sıra baxışı keçirdi - Fotolar+Video
18:53 / 08-01-2025
Rusiya ilə sərhədi qorumaq üçün təlimlər keçirirlər
17:17 / 08-01-2025
Boşanma və aliment məsələləri ilə bağlı - Qaydalar dəyişdi
17:01 / 08-01-2025
Bakıda yeni tikiləcək 10 metro stansiyası bunlar ola bilər
17:00 / 08-01-2025
“Beer Muxtar”da saxta alkoqollu içkilər aşkarlandı - FOTO
16:57 / 08-01-2025
"Artıq veriliş olmayacaq" - VİDEO
Rusiyalılar fantastik qiymətə bilet alıb ölkədən çıxırlar
Rusiya Prezidenti Vladimir Putinin bu gün ölkədə qismən səfərbərlik elan etməsindən sonra vətəndaşlar arasında təşviş müşahidə edilir. Belə ki, bu gündən ölkənin bir çox şəhərində etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. Sözügedən xəbər, hətta Rusiyada bilet satışlarına da təsirsiz ötüşməyib.
GununNebzi.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskvadan İstanbul, İrəvan, Bakı və viza tələb etməyən digər qonşu ölkələrə yaxın günlər üçün birbaşa reyslərə biletlər başa çatıb.
“Aviasales” xidmətinin məlumatına görə, hazırda Moskvadan İstanbula 23 sentyabrdan tez olmaqla bilet almaq mümkün deyil və onun qiyməti 76 min rubldur (2107 manat). Sözügedən reys isə “Aeroflot” şirkətinə məxsusdur.
Şirkətin məlumatına görə hazırda bilet yoxdur. İstanbula ən yaxın əlçatan reys isə 25 sentyabrda olacaq və biletin qiyməti 58,6 min rubl (1640 manat) təşkil edir.
“Turkish Airlines” şirkətində isə analoji reysə bileti 24 sentyabr tarixindən tez əldə etmək mümkün deyil və bu, hazırda 81 min rubldan (2268) bahadır.
Bildirilir ki, oxşar vəziyyət Moskva-İrəvan reysində də yaşanıb. Belə ki, “Aeroflot” şirkətinin saytında 23 sentyabr tarixi üçün biletlər ancaq biznes sinfi üçün qalıb və biletin qiyməti 122 min rubldan (3416 manat) başlayır. 24 sentyabr üçün isə İrəvana bileti 62 min rubla (1736 manat) əldə etmək mümkündür.
Qeyd olunur ki, “Aeroflot” şirkətində Bakıya da birbaşa reysləri 23 sentyabrdan tez əldə etmək mümkün deyil və biletin qiyməti 74,5 min rubl (2086 manat) təşkil edir.
21 sentyabr Moskva vaxtı ilə 12:00-a olan məlumata görə isə, “Azərbaycan Hava Yolları”ından 22 sentyabr tarixi üçün 1218 manata, 24 sentyabrdan başlayaraq isə 668 manata bilet almaq mümkündür.
“Anadolu” agentliyinin də apardığı araşdırmaya görə, 21 sentyabr üçün Rusiyadan xarici ölkələrə həyata keçirilən reyslərə biletlər başa çatıb.
Eyni zamanda, “Rusiya Dəmiryolları” və “Aeroflot” şirkəti bilet alışı zamanı Hərbi Komissarlıqlardan arayış tələb olunmasına dair yayılan məlumatları təkzib edib. Hər iki qurumdan bildirilib ki, onlara çağırış yaşında olan kişilərdən arayış tələb olunmasına dair göstəriş daxil olmayıb: “Hazırda bilet satışı hər hansı əlavə məhdudiyyətlər olmadan həyata keçirilir”.
Bununla yanaşı, Rusiyada səfərbərliklə bağlı məlumat yayıldıqdan sonra ölkədə “Google” axtarış sistemində “təyyarə bileti”, “bilet”, və “xaric” kimi sözlərin axtarışı artıb.
(Qafqazinfo)
Bölməyə aid digər xəbərlər

Tarix: 21-09-2022, 17:30 Oxunub: 16
Bölməyə aid digər xəbərlər
13-01-2022, 19:08
Bakı və İrəvandan İstanbula bilet qiymətindəki kəskin fərqlə bağlı AZAL-dan - Açıqlama
11-02-2022, 11:38
Bakıdan Şuşaya mart ayı üçün avtobus biletlərinin satışına başlanıldı
14-08-2022, 22:47
“Qarabağ”-“Viktoriya” matçına 15 min bilet satıldı - İlk gün
28-04-2020, 13:21
Bu ölkənin aviaşirkətləri beynəlxalq reyslərə bilet satışına başladı