09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
İranda ölən etirazçıların sayı 416-ya çatdı

İranda ölən etirazçıların sayı 416-ya çatdı

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı İranda ölən etirazçıların sayının 416-ya çatdığını bildirib.

GununNebzi.az
xarici KİV-ə istinadən xəbər verir ki, İranda son bir həftədə baş verən hadisələrdə 72 nəfər həyatını itirib.

Belə ki, ölkədəki 31 əyalətdən 25-i ilə bağlı məlumatların yer aldığı hesabatda ən çox itkilərin sünnilərin cəmləşdiyi Sistan-Bəlucistan əyalətində baş verdiyi qeyd olunub.

Hesabatda Sistan-Bəlucistan əyalətində 126, Kürdüstanda 48, Qərbi Azərbaycanda 45, Tehranda 40, Mazandaranda 35, Gilanda 24, Kirmanşahda 23, Elborzda 15, İsfahanda 11, Xuzistanda 10. Rezevi Xorasanda 5, Zəncan və Şərqi Azərbaycanda 4, Mərkəz, Qəzvin, Həmədan və Loristanda 3, Kohgiluye-Alıcı Əhməd, Ərdəbil, İylam, Buşehr, Fars və Hörmüzqanda hər birində 2 nümayişçi həyatını itirib.

Həyatını itirən nümayişçilərdən 51-nin 18 yaşından kiçik olduğu bildirilib.

(Qafqazinfo)

Tarix: 22-11-2022, 20:16 Oxunub: 12


Bölməyə aid digər xəbərlər