23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ÜST-dən koronavirusla bağlı qorxunc XƏBƏRDARLIQ: "Sizinlə açıq danışacam..."

ÜST-dən koronavirusla bağlı qorxunc XƏBƏRDARLIQ: "Sizinlə açıq danışacam...""Bir çox ölkələr yanlış istiqamətə gedir. Virus bir nömrəli düşmən olaraq qalır, amma bir çox hökumət və xalqların davranışı buna adekvat deyil".

GununNebzi.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib.
Onun sözlərinə görə, təməl prinsiplər nəzarətdə saxlanılmazsa, bu infeksiyada vəziyyət pisləşəcək, pisdən də pis olacaq:

"Virusla bağlı əsas məqsəd yoluxmuş insanları aşkarlamaqdı. Ancaq ayrı-ayrı liderlərdən eşidilən fərqli mesajlar ən önəmli olan təhlükəsizlik məsələlərini kökündən baltalayır".

Tedros Adhanom Qebreyesus ölkə rəhbərlərini, hökumətləri və bütün insanları infeksiyanın yayılma zəncirini qırmağa səsləyib:

"Sizinlə açıq danışmaq istəyirəm. Yaxın gələcəkdə əvvəlki kimi normal vəziyyətə qayıdış mümkün olmayacaq. Ancaq infeksiyanı nəzarətdə saxlamaqla həyatı davam etdirməyə imkan verən bir yol xəritəsi var. Bu, ölüm səviyyəsinin düşürülməsi, yoluxma sürətinin azaldılması, fərdi tədbirlərin görülməsi və əhatəli strategiyanı tətbiq edən iqtidarın fəaliyyətidir".


Tarix: 14-07-2020, 18:05 Oxunub: 32


Bölməyə aid digər xəbərlər