23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"NATO-nun qapıları Ukrayna üçün açıqdır" - Stoltenberq

 "NATO-nun qapıları Ukrayna üçün açıqdır" - Stoltenberq

Şimali Atlantika Alyansının qapıları Ukrayna üçün açıqdır.

GununNebzi.az
xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“NATO-nun qapıları açıqdır. Və bu, təkcə sözlə deyil, biz bunu əməlimizlə göstərmişik”, - deyə o bildirib.

Stoltenberq xatırladıb ki, son illərdə Monteneqro və Şimali Makedoniya alyansa daxil olub, 2022-ci ildə isə Finlandiya və İsveç NATO-ya dəvət olunub.

“Biz bu qərarlarla NATO-nun qapılarının açıq olduğunu və Rusiyanın NATO-nun genişlənməsinə veto qoymaq hüququna malik olmadığını göstərdik. Bu həm də Ukraynaya bir mesajdır. 2008-ci ildə Buxarest sammitində biz qərara gəldik ki, Ukrayna NATO-ya üzv olsun. Üzvlük yolunda irəliləmək üçün isə onlarla siyasi tərəfdaşlıq sahəsində işləmək, o cümlədən praktiki dəstək göstərmək lazımdır”, - deyə baş katib bildirib.


(Unikal)

Tarix: 25-11-2022, 19:06 Oxunub: 30


Bölməyə aid digər xəbərlər