09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
5 ölkə şikayət etdi, BMT İranla bağlı araşdırma aparacaq

5 ölkə şikayət etdi, BMT İranla bağlı araşdırma aparacaq

BMT Katibliyi bir neçə ölkənin Ukraynadakı müharibədə istifadə olunması üçün İrana məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiyaya verilməsi ilə bağlı məlumatlarını araşdırır.

GununNebzi.az
“İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı təşkilatın Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Di Karlo açıqlayıb.

Onun sözlərinə görə, katiblik araşdırmalardan sonra öz nəticələrini təqdim edəcək: “Biz İranın Rusiyaya PUA verməsi ilə bağlı Ukrayna, Fransa, Almaniya, Böyük Britaniya və ABŞ-dan məktub almışıq. Bu ölkələr sözügedən məktublarda yoxlanış aparılmasını tələb edirlər”.

Di Karlo qeyd edib ki, İranın təşkilat yanında daimi nümayəndəsi ölkəsinin Ukraynadakı müharibədə istifadə olunmaq üçün Rusiyaya PUA göndərməsini təkzib edib.

Tarix: 20-12-2022, 10:21 Oxunub: 15


Bölməyə aid digər xəbərlər