23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Putinin həbsinə order verilsə də, Rusiya ilə əməkdaşlıq edirik" - BCM

"Putinin həbsinə order verilsə də, Rusiya ilə əməkdaşlıq edirik" - BCM

"Rusiya prezidenti Vladimir Putinin həbsinə order verilməsinə baxmayaraq, məhkəmə Ukraynadakı vəziyyətlə bağlı Moskva ilə əməkdaşlıq etmək niyyətindədir".

GununNebzi.az
xəbər verir ki, bunu Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru Kərim Xan bildirib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin Moskvanın yurisdiksiyasını tanımadığı Haaqadakı məhkəməyə qədərki kollegiyası Rusiya prezidenti Vladimir Putin və prezidentin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün order verib .

Prokurorun bəyanatında deyilir ki, o, Ukraynadakı vəziyyətlə bağlı Rusiyadan əməkdaşlıq istəməyə davam edəcək.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, BCM-nin qərarlarının Rusiya üçün heç bir mənası yoxdur, o cümlədən hüquqi baxımdan.

BCM-nin qərarları ABŞ, Çin, Hindistan, İsrail, İran tərəfindən tanınmır. 2016-cı ildə Rusiya Krımla bağlı vəziyyətə görə Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı.(unikal)

Tarix: 17-03-2023, 23:02 Oxunub: 23


Bölməyə aid digər xəbərlər