Putin xəbərdarlıq etdi: “Sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir göstərə bilər”

Putin xəbərdarlıq etdi: “Sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir göstərə bilər”

“Sanksiyalar gələcəkdə Rusiya iqtisadiyyatına mənfi təsir göstərə bilər”.

GununNebzi.az-
xəbər verir ki, Bu barədə Rusiya Prezidenti Vladimir Putin hökumət iclası zamanı bildirib.

“İqtisadiyyatımızdakı müsbət tendensiyaların dəstəklənməsi və gücləndirilməsi, onların səmərəliliyinin artırılması, həmçinin texnoloji və maliyyə suverenliyinin təmin edilməsi zəruridir”, - deyə Putin qeyd edib.

Eyni zamanda o vurğulayıb ki, müasir reallıqlar fonunda lazımsız bürokratiya və ləngimələrə yol vermədən cəld hərəkət etmək lazımdır.

“Tez hərəkət etməliyik, çünki ortamüddətli perspektivdə Rusiya iqtisadiyyatına tətbiq edilən qeyri-qanuni məhdudiyyətlər həqiqətən də mənfi təsirini göstərə bilər”, - deyə Rusiya prezidenti əlavə edib.


(oxu.az)

Tarix: 30-03-2023, 01:25 Oxunub: 14


Bölməyə aid digər xəbərlər