Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus bir daha hər kəsi üstündə antiseptik gəzdirməyə və lazım gəldikdə maska taxmağa çağırıb.
Onun sözlərinə görə, mask a təkcə qoruma vasitəsi yox, həm də həmrəylik rəmzidir.
“Biz bu həftə dünyadakı tərəfdaşlarımızla birlikdə maska ilə bağlı fləşmob təşkil etmək istəyir və insanlardan bizə maskalı fotolarını göndərmələrini xahiş edirik”, - deyə Tedros Qebreyesus Cenevrədə keçirilən brifinqdə bəyan edib.
O söyləyib ki, o özü həmişə üstündə əlləri üçün dezinfeksiyaedici vasitə və insanların sıx toplaşdığı yerlərdə istifadə etmək üçün maska gəzdirir.
“Zərurət yarandıqda maska taxın, fiziki məsafəyə, öskürəndə isə etiket qaydalarına riayət edin, insanların sıx toplaşdığı yerlərdən çəkinin, əllərinizi tez-tez yuyun. Belə olan halda siz həm özünüzü, həm də başqalarını qoruya bilərsiniz”, - deyə ÜST-ün başçısı tövsiyə edib.
Bölməyə aid digər xəbərlər