23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Reznikov istefa ərizəsini Ali Radaya təqdim etdi - Fotolar

Reznikov istefa ərizəsini Ali Radaya təqdim etdi - Fotolar

Ukraynanın müdafiə naziri Aleksey Reznikov istefa ərizəsini Ali Radaya təqdim edib.

GununNebzi.az
xəbər verir ki, Reznikov bu barədə “X” hesabında paylaşım edib.

“Ukraynanın müasir tarixinin ən çətin dövrü olan son 22 ay ərzində xalqa xidmət etmək və Ukrayna ordusunda işləmək mənim üçün şərəf idi”, - deyə Reznikov qeyd edib.

Xatırladaq ki, Ukrayna Prezidenti Voldimir Zelenski dünən Reznikovu vəzifəsindən azad etmək barədə qərar qəbul etdiyini açıqlayıb. Onun postuna isə Dövlət Əmlakı Fondunun rəhbəri Rüstəm Umerov təyin edilə bilər.

Qeyd edək ki, Reznikov 2021-ci ilin noyabrında Ukraynanın müdafiə naziri təyin edilib.
Reznikov istefa ərizəsini Ali Radaya təqdim etdi - Fotolar

Tarix: 4-09-2023, 12:46 Oxunub: 5


Bölməyə aid digər xəbərlər