09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Nikol Paşinyan İlham Əliyevlə təcili danışıqlar aparmağı xahiş edib

Nikol Paşinyan İlham Əliyevlə təcili danışıqlar aparmağı xahiş edib

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparmağı xahiş edib.

Məlumata görə, Paşinyan bununla bağlı Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

Nikol Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada və 14 may 2023-cü ildə Brüsseldə imzalanmış sazişlərə sadiqliyini, eləcə də bütün məsələlərin yalnız diplomatik yollarla və konstruktiv şəkildə həll etməyə hazır olduğunu təsdiqləyib.

Makron da öz növbəsində sərhədlər boyu gərginliyin azaldılmasının vacibliyinə diqqət çəkib və regionda sülh və sabitliyin bərqərar olması üçün səyləri dəstəkləməyə hazır olduğunu ifadə edib.


(Oxu.az)

Tarix: 9-09-2023, 13:18 Oxunub: 7


Bölməyə aid digər xəbərlər