14:57 / 06-01-2025
Mövqelərimiz atəşə tutuldu
Krım yarımadasında rus əsgərləri atəşə tutulub

Krım yarımadasında rus əsgərləri atəşə tutulub

“Xüsusi təyinatlılarımız Krım yarımadasına enərək rus əsgərlərini atəşə tutublar”.

GununNebzi.az
xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

İdarədən verilən yazılı açıqlamada Ukrayna ordusunun Krım yarımadasına eniş etdiyi bildirilib.

Açıqlamada vurğulanıb ki, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin “Timur” Xüsusi Təyinatlı Dəstəsinin “Stuqni” və “Bratstva” xüsusi təyinatlıları Krım yarımadası ərazisinə eniş ediblər.

Həmçinin, Rusiya Müdafiə Nazirliyi bildirib ki, Qara dənizin şimal-qərbində Tarxankut burnuna doğru irəliləyən Ukrayna silahlı qüvvələrinin desant bölməsinin Krım ərazisinə daxil olmaq cəhdinin qarşısı Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr, sürətli hərbi katerlər və 3 dəniz motosikleti tərəfindən alınıb.

Tarix: 4-10-2023, 20:07 Oxunub: 20


Bölməyə aid digər xəbərlər