15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
Yapon uzunömürlülüyünün 5 sadə sirri açıqlandı...

Yapon uzunömürlülüyünün 5 sadə sirri açıqlandı...Onlar Peyğəmbərimizin(s) bir hədisində buyurduğuna uyğun olaraq süfrədən əllərini doymamış çəkirlər...


Dünyada adambaşına düşən 100 yaşdan yuxarı insanların sayına görə birinci yeri Yaponiya tutur. Əlbəttə ki, burada Günəş ölkəsi sakinlərinin müəyyən genetik xüsusiyyətləri böyük rol oynayır. Ancaq həyat tərzi və pəhriz əksər hallarda həlledicidir. Bəs nədən yaponların bəzi vərdişlərindən bizlər də yararlanmayaq?..

Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərə görə, mütəxəssislər yapon uzunömürlülüyünün 5 əsas sadə sirrini açıqlayıb.

1.Yapon qida rasionuna dəniz yosunları daxildir...

Yosunların tərkibində yod, mis və dəmir, həmçinin antioksidanlar, zülal(protein), lif və sağlam “omeqa-3” yağları var.

2. Daha çox müxtəlif dəniz məhsulları yeyirlər...

Yapon pəhrizini bu qədər sağlam edən əsas şeylərdən biri də dəniz məhsullarına vurğunluqdur. Yaponiya dünyada ürək xəstəliklərinin ən aşağı göstəricisi olan ölkələrdən biridir. Yapon diyetinə ildə 80 kq dəniz məhsulları daxildir. Balıq və molyusklarda zülallar yüksək, doymuş yağlar isə azdır.

3. Yaşıl çay...

Yaşıl çay, şübhəsiz ki, ən sağlam içkilərdən biridir və yaponlar onu gündəlik içirlər. Yaşıl çay iltihabı azaldır, hüceyrələri zərərlərdən qoruyur və bağırsaqdakı faydalı bakteriyalar üçün qida təmin edən polifenollarla zəngindir.

4. Tam doyunca yemirlər...

Yaponiyada tam doyunca yemək adət deyil. Əksər hallarda yerli sakinlər 80% doyduqlarını hiss etdikdə dayanırlar. Bu, rahat bir hissdir: aclıq artıq hiss olunmur, amma mədədə hələ də yer var.

Yeri gəlmişkən, Peyğəmbərimizin(s) bir hədisində də buyurulur: “Süfrədən əlinizi doymamış çəkin…”

5. Yaponlar daim sosial əlaqələri qoruyurlar…

Sosial bağları qorumaq yapon mədəniyyətinin ayrılmaz hissəsidir və bu da Yaponiya xalqının qocalıqda daha yaxşı fiziki və emosional rifaha sahiblənməsinə səbəb olur.


Tarix: 22-08-2020, 11:26 Oxunub: 84


Bölməyə aid digər xəbərlər