23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ÜST maskadan istifadə üçün minimal yaş həddini açıqlayıb

ÜST maskadan istifadə üçün minimal yaş həddini açıqlayıbÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) koronavirusa qarşı tibbi maskaların hansı yaşdan istifadə olunmasına dair tövsiyələr verib.

GununNebzi.az xəbər verir ki, bu barədə ÜST-ün saytında məlumat yer alıb.

Qeyd olunur ki, təşkilatlar koronavirus pandemiyası ilə əlaqədar 5 yaşdan kiçik uşaqlardan maska taxılmasını tələb etməməyi məsləhət görür.

“Bu, uşağın təhlükəsizliyinə və ümumi maraqlarına, eləcə də maskanı minimal yardımla lazımi qaydada istifadə etmək qabiliyyətinə əsaslanır”, - məlumatda belə deyilir.

Eyni zamanda, hər iki təşkilat 6-11 yaşlarında olan uşaqlar üçün bir neçə amili nəzərə almağı tövsiyə edir. Belə ki, söhbət onun maskanı ​​etibarlı və düzgün istifadə etməsi, yaşadığı yerdə virusun yayılması səviyyəsindən gedir.

Eyni zamanda, ÜST və UNICEF ​​12 yaşdan yuxarı uşaqlar üçün maskadan istifadəni tövsiyə edir.


Tarix: 23-08-2020, 09:03 Oxunub: 198


Bölməyə aid digər xəbərlər