23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Cənubi Amerika ölkələrinin prezidentləri COVID-19 peyvəndini birgə hazırlamaq üçün razılıq əldə edib

Cənubi Amerika ölkələrinin prezidentləri COVID-19 peyvəndini birgə hazırlamaq üçün razılıq əldə edibCənubi Amerika ölkələrinin prezidentlərinin və xarici işlər nazirlərinin cümə axşamı onlayın keçirilən görüşündə koronavirusa qarşı peyvəndin əldə edilməsi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

GununNebzi.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Çilinin Xarici İşlər naziri Andres Allamand bildirib.

Çili, Argentina, Braziliya, Kolumbiya, Paraqvay, Peru, Ekvador və Guananın dövlət başçılarının qatıldığı onlayn müzakirə zamanı vaksinin əldə edilməsi istiqamətində səylərin birləşdirilməsinin çox faydalı olacağını vurğulanıb.

Görüşdə tərəflər arasında sözügedən prosesin bir kordinasiyadan idarə olunması ilə bağlı razılıq əldə edilib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatın görə, hazırda 25 könüllü üzərində 150-dən çox vaksinin sınaqları həyata keçirilməkdədir.



Tarix: 28-08-2020, 10:46 Oxunub: 57


Bölməyə aid digər xəbərlər
23-08-2020, 07:28 Pompeo Yaxın Şərqə gedir