ABŞ Prezidenti Co Bayden Niderlandın Baş naziri Mark Ruttenin NATO-nun növbəti baş katibi postuna namizədliyini dəstəkləyir.
GununNebzi.az xəbər verir ki, bu barədə məlumatı “Politico” qəzeti yayıb.
Nəşr yazır ki, ABŞ liderinin dəstəyi digər müttəfiqlərin də Ruttenin namizədliyini dəstəkləməsinə səbəb ola bilər.
Bildirilir ki, hazırda Niderlandın baş nazirinin namizədliyinə alyans ölkələrinin üçdə ikisi dəstəyini ifadə edib.
Qeyd edək ki, bundan əvvəl Rutte NATO-nun baş katibi postunda maraqlı olduğunu bildirib. NATO-nun cari Baş katibi Yens Stoltenberq 2024-cü il oktyabrın 1-nə qədər öz vəzifəsində qalacağını açıqlayıb. Bu barədə qərar ötən ilin iyulunda Vilnüsdə keçirilən sammit zamanı təsdiq olunub. Stoltenberq sözügedən vəzifəni 2014-cü ildən icra edir.
Bölməyə aid digər xəbərlər