NATO-nun Baş katibi Şərqi Aralıq dənizində yaşanan gərginliyin azaldılması, dəniz və hava birlikləri arasında arzuolunmaz vəziyyətin qarşısının alınması üçün təşəbbüs göstərib. Türkiyə tərəfindən də dəstəklənən bu təşəbbüs Baş katibin bu gün açıqladığı kimi iki ölkə arasında NATO çərçivəsində hərbi-texniki görüşmələrin başlamasına yönəlib.
GununNebzi.az xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında əksini tapıb.
Bildirilir ki, problemlərin aydınlaşdırılması xarakterində olan bu görüşlər Türkiyə ilə Yunanıstan arasındakı məsələlərin həllinə deyil, əsasən, iki ölkənin hərbi mövqeləri arasında əvvəl də ikitərəfli qaydada keçirilmiş aydınlaşdırma fəaliyyəti ilə əlaqəlidir. Qeyd edilir ki, Türkiyə tərəfi Yunanıstanın NATO baş katibinin bu təşəbbüsünə dəstək verməsini gözləyir.
Digər tərəfdən, Türkiyə Yunanıstanla arasındakı bütün məsələlərin beynəlxalq hüquq normaları çərçivəsində, ədaləti həll variantının tapılması üçün ön şərt olmadan dialoqa hazır olduğunu bir daha xatırladır.
(publika.az)
Bölməyə aid digər xəbərlər