23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Türkiyə Yunanıstanla anlaşdı? - NATO-dan AÇIQLAMA

Türkiyə Yunanıstanla anlaşdı? - NATO-dan AÇIQLAMATürkiyə və Yunanıstan liderləri ilə apardığım danışıqların nəticəsi olaraq, iki ölkə Şərqi Aralıq dənizində hərbi qarşıdurmanın önünü almaq və hadisələrin riskini azaltmaq üçün NATO-da texniki görüşlərin keçirilməsi məqsədilə razılıq veriblər.

GununNebzi.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu sözlər NATO-nun baş katibi Yens Stoltenberqin yayılan yazılı açıqlamasında əksini tapıb.

Türkiyə və Yunanıstanı “İki mühüm müttəfiq” olaraq dəyərləndirən baş katibi NATO-nun ortaq təhlükəsizliyə təsir edən məsələlər üçün mühüm müşavirə platforması olduğunu diqqətə çatdırıb. Bildirib ki, NATO həmrəylik üçün gərginlikləri həll etmək məqsədilə bütün müttəfiq ölkələrlə yaxın təmaslarda qalmaqda davam edəcək.

Qeyd edək ki, sentyabrın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında videokonfrans təşkil olunub. Məlumatı Türkiyə Prezident Administrasiyasının İctimai Əlaqələr İdarəsi yayıb. Bildirilir ki, tərəflər Şərqi Aralıq dənizindəki vəziyyət başda olmaq üzrə regional məsələləri və ikitərəfli münasibətləri müzakirə ediblər.


Tarix: 4-09-2020, 08:30 Oxunub: 142


Bölməyə aid digər xəbərlər