Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) İranda HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə əlaqədar təcili iclas keçirir.
GununNebzi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, ölkəsi HƏMAS Siyasi Bürosunun rəhbərinin qətlini qətiyyətlə pisləyir və bunu İranı regional qarşıdurmaya cəlb etmək üçün təxribat xarakterli hücum hesab edir.
***
BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında İranın qurumdakı daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib ki, İsmayıl Haniyənin öldürülməsi ABŞ kəşfiyyatının köməyi olmadan həyata keçirilə bilməzdi:
“Bu hərəkət icazəsiz, ABŞ kəşfiyyatının dəstəyi olmadan törədilməzdi”.
Xatırladaq ki, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehranda səfərdə olan İ. Haniyə yaşadığı iqamətgaha atılan raket zərbəsi nəticəsində öldürülüb. O, avqustun 2-də dəfn ediləcək. Bununla əlaqədar İranda üçgünlük matəm elan olunub.
HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib. İsrail tərəfi isə İsmayıl Haniyənin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürmür.
Bölməyə aid digər xəbərlər