23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Amerikalı diplomat Rusiya XİN-ə çağırıldı

Amerikalı diplomat Rusiya XİN-ə çağırıldı
ABŞ-nin Moskvadakı müvəqqəti işlər vəkili Stefani Holms Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Bildirilir ki, buna səbəb amerikalı jurnalistlərin Kursk vilayətinə getməsi olub. Görüş zamanı Holmsa hadisə ilə bağlı Rusiya tərəfinin kəskin etirazı qeyd olunub.

Xatırladaq ki, avqustun 6-da Rusiya Kursk vilayətində ukraynalı hərbçilərin sərhədi keçdiyini açıqlayıb. Ukrayna tərəfi isə təqribən 1 həftəyə yaxın hadisə ilə bağlı açıqlama verməyib. Bunun ardınca isə, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırskiy Kurskda əməliyyat keçirildiyini təsdiq edib. Ukrayna həmin vilayətdə 80-dən çox yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.


Tarix: 20-08-2024, 17:54 Oxunub: 0


Bölməyə aid digər xəbərlər