23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Zelenski yeni sülh planından danışdı

Zelenski yeni sülh planından danışdı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh planından danışıb.

GununNebzi.az
Ukrayna mediasına istinadən xəbər verir ki, ölkə başçısı bu barədə Kiyevdə “Krım Platforması”nın növbəti sammitinin yekunu ilə bağlı mətbuat konfransında bəhs edib.

Ukrayna lideri vurğulayıb ki, sülh planını əvvəlcə ABŞ Prezidenti Co Baydenlə müzakirə edəcək:

“Mən qələbə planı ilə bağlı ardıcıl olacağam. Sülh ilə bağlı plan əvvəlcə Ukraynanı, əsasən silah-sursat baxımından ciddi şəkildə gücləndirməlidir. Bunu əvvəlcə ABŞ Prezidenti Baydenlə müzakirə edəcəyik. Bizim sülh, qələbə planımız əsasən ABŞ-nin, həm də digər tərəfdaşların dəstəyindən asılıdır”.

Zelenski qeyd edib ki, növbəti Sülh Sammitindən əvvəl hazırlanmalı olan sülh planı müharibəni dayandırmaq üçün Rusiya Federasiyasına təsir etməlidir. O, əlavə edib ki, Rusiyanı müharibəni diplomatik yolla bitirməyə razı salmaq üçün Sülh Sammitinə qədər bu plan təqdim edilməlidir.

Eyni zamanda, Zelenski qeyd edib ki, hələlik Rusiya ilə danışıqlar gündəmdə yoxdur.

“Rusiya ilə danışıqlar üçün kiminsə səlahiyyəti olmalıdır. Mən şəxsən heç kimə belə səlahiyyətlər verməmişəm”, - deyə o vurğulayıb.

Ukrayan liderinin sözlərinə görə, tərəfdaşların, xüsusən də Almaniya kansleri Olaf Şoltsun sülh yolu ilə nizamlanma planlarından xəbəri yoxdur:

“Mən Almaniya kansleri Olaf Şoltsun “sülh planı” haqqında heç nə bilmirəm. Ukrayna tərəfinin iştirakı olmadan bizimlə bağlı heç bir planlar qurula bilməz. Hətta belə bir planın olduğuna belə əmin deyiləm”.

Qeyd edək ki, növbəti Sülh Sammiti noyabrda Braziliyada keçiriləcək.


Tarix: 12-09-2024, 11:01 Oxunub: 0


Bölməyə aid digər xəbərlər
25-02-2022, 22:51 Zelenski Baydenlə danışdı