“Bir qrup siyasi partiya, ümumiyyətlə, hesabat vermir”.
GununNebzi.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı müzakirədə bildirib.
“Dövlət büdcəsindən vəsait alan siyasi partiyalar ildə bir dəfə MSK-ya büdcədənkənar hesabat verməlidir. Maliyyə bazası olmayan partiya ciddi şəkildə fəaliyyət göstərə bilməz. Bir qrup partiya ümumiyyətlə hesabat vermir. AXCP və digər bir sıra partiya MSK-ya heç bir hesabat vermir. Amma qanunda siyasi partiyaların hesabat verməsi qeyd olunub.
Müəyyən partiyaların rəhbəri 19-20 ildir ki, işləmir. Bəs bunlar hansı vəsaitlə yaşayırlar, cangüdən saxlayır, ən bahalı maşında gəzirlər. Bunlar bu hesabatlılığı niyə vermirlər? Əgər şəffaflıqdan danışırıqsa, bu məsələlərə ciddi nəzarət olunmalıdır”, - deyə S.Novruzov bildirib.
Bölməyə aid digər xəbərlər