Bəşər Əsəddən ilk açıqlama: Suriyadan necə çıxıb?

Bəşər Əsəddən ilk açıqlama: Suriyadan necə çıxıb?
Suriyanın keçmiş prezidenti Bəşər Əsəd 8 dekabr, səhər saatlarınadək Dəməşqdə olub.

Bu barədə bu gün onun adından paylaşılan bəyanatda bildirilir.

B. Əsəd bəyanatında qeyd edib ki, onun nə istefa vermək, nə də ölkəni tərk etmək planı olub: “Dekabrın 8-i, səhər saatlarınadək mən Dəməşqi tərk etməmişəm, belə bir planım ümumiyyətlə olmayıb. Mən Hmeymimdəki hərbi bazaya gedərək fəaliyyətimi orada davam etdirmişəm. Ordu qüvvələri mövqelərini itirdikdən sonra Rusiya tərəfi hərbi bazanın rəhbərliyinə məni dərhal Moskvaya təxliyə etməklə bağlı müraciət göndərib”./APA


Tarix: 16-12-2024, 19:17 Oxunub: 0


Bölməyə aid digər xəbərlər
9-12-2024, 10:10 Bəşər Əsəd Moskvadadır