Baş nazir inflyasiya rəqəmlərini açıqladı

Baş nazir inflyasiya rəqəmlərini açıqladı
“Dünya ərzaq qiymətlərinin nisbətən bahalaşmasına, əsas ticarət tərəfdaşlarında yüksək inflyasiyaya baxmayaraq, 2024-cü ilin 11 ayında Azərbaycanda orta illik inflyasiya 2.0%, illik inflyasiya isə 4.4% olub”.

GununNebzi.az
xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Hazırda dünyada və regionda davam edən geosiyasi gərginliklərə, iqlim dəyişikliklərinə, əmtəə bazarlarında qiymətlərin volatilliyinə baxmayaraq, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub”, - deyə Baş nazir bildirib.


Tarix: 16-12-2024, 14:44 Oxunub: 0


Bölməyə aid digər xəbərlər