Berbok ABŞ-ni hədələdi - “Təzyiqi artıracağıq”

Berbok ABŞ-ni hədələdi - “Təzyiqi artıracağıq”
Almaniyanın xarici işlər naziri Annalena Berbok ABŞ-yə təzyiqi artırmağa çağırıb.

GununNebzi.az
“Deutsche Welle”yə istinadən xəbər verir ki, o, Amerikanı əlaqələri kəsməklə hədələyib.

“Biz amerikalılara təzyiqi artıracağıq ki, onlar Avropanın liberal demokratiyasını dəstəkləməyi dayandıracaqları təqdirdə itirəcəkləri çox şeyin olduğunu başa düşsünlər”, - diplomat bildirib.

Almaniya XİN rəhbəri bəyan edib ki, Ukrayna və Avropanın fikirləri nəzərə alınmadan müharibə və sülhlə bağlı qərarlar qəbul edilə bilməz.

Qeyd edək ki, bundan əvvəl Berbok Trampı Zelenskiyə hücumuna görə tənqid edərək, amerikalı siyasətçinin açıqlamalarının absurd olduğunu deyib.


Tarix: Bu gün, 08:11 Oxunub: 0


Bölməyə aid digər xəbərlər