23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
2100-cü ildə Çin əhalisinin sayı yarıya qədər azalacaq: İlk onluq

2100-cü ildə Çin əhalisinin sayı yarıya qədər azalacaq: İlk onluqDünya əhalisinin sayı getdikcə artmağa davam edir. Hazırda 7.5 milyarddan çox olan dünya əhalisinin sayının 2100-cü ildə 16 milyarda çatacağı ehtimal olunur.

Bu barədə “Milliyet” yazıb.

Əhali sıxlığındakı natarazlıq bəzi bölgələrdə yoxsulluq və müharibə riskini də artıracaq.

Bu gün 1.5 milyard insanın yaşadığı Çin 2100-cü ildə əhalisinin yarısından çoxunu itirəcək. Buna səbəb doğum səviyyəsinin olduqca aşağı olması, əhalinin sayını tənzimləməklə bağlı proqramların tətbiqidir.

Beləliklə, Çin əhali sayına görə, dünyada üçüncü pilləyə düşəcək. Hindistan ilk pilləyə, Nigeriya isə ikinci pilləyə yüksələcək.

2100-cü ildə əhali sayına görə dünya ölkələrinin ehtimal olunan ilk onluğunu təqdim edirik:

Hindistan - 1.09 milyard

Nigeriya - 791 milyon

Çin - 732 milyon

ABŞ - 336 milyon

Pakistan - 248 milyon

Demokratik Konqo Respublikası - 246 milyon

İndoneziya - 229 milyon

Efiopiya - 223 milyon

Misir - 199 milyon

Tanzaniya - 186 milyon.


Tarix: 18-09-2020, 09:54 Oxunub: 85


Bölməyə aid digər xəbərlər