Türkiyə Prezident Rəcəb Tayyib Әrdoğan Avropa İttifaqı Şurasının sәdri Şarl Mişel vә Almaniya kansleri Angela Merkel ilә görüşüb.
GununNebzi.az xəbər verir ki, Prezident Aparatının mәtbuat xidmәtinin verdiyi mәlumata әsasәn, videokonfrans formatında keçirilәn görüşdә Türkiyә-Aİ münasibәtlәri әhatәli şәkildә müzakirә olunub.
Şәrqi Aralıq dәnizindәki proseslәrlə əlaqədar Türkiyә vә Yunanıstanın araşdırma danışıqların başlamağa hazır olduğu ifadә edilib.
"Danışıqlar prosesində Yunanıstanın atacağı addımlar әhәmiyyәtlidir. Kıbrıs türklәri daxil olmaqla tәrәflәrin iştirakı ilә tәşkil edilacәk regional konfransda konstruktiv qәrarların qәbul edilәcәyinә inanıram", - deyə, Türkiyə prezidenti deyib..
Әrdoğan bildirib ki, Aİ-nin Türkiyә ilә әmәkdaşlığını güclәndirmәsi regional problemlәrin hәllinә töhfә verәcәk.
(publika.az)
Bölməyə aid digər xəbərlər