23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Dünyanın ən nüfuzlu şəxslərinin siyahısı hazırlandı - Putin yoxdur, Tramp isə...

Dünyanın ən nüfuzlu şəxslərinin siyahısı hazırlandı - Putin yoxdur, Tramp isə...Dünyaca məşhur "Time" dərgisi ən nüfuzlu 100 şəxsin 2020-ci il üzrə reytinq siyahısını hazırlayıb.

GununNebzi.az xəbər verir ki, nüfuzlu şəxslər 5 kateqoriyaya bölünüb: "Titanlar", "İnnovatorlar", "Rəssamlar", "Liderlər" və "İdeallar".

Bu il "Liderlər" arasında - ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fausi, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, ABŞ Prezidenti Donald Tramp və onun seçkilərdəki rəqibi Co Bayden, Çin rəhbəri Si Cinpin, Almaniyanın Baş naziri Angela Merkel, Braziliya Prezidenti Jair Bolsonaru, Hindistan Baş naziri Narendra Modi, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi, ABŞ-ın Baş prokuroru Uilyam Barr və Parisin bələdiyyə sədri Anna Hidalqo yer alıb.

"İnnovatorlar" kateqoriyasına müğənni Meqan Ti Stallion, NASA astronavtları Cesika Meyr və Kristina Kuk, Uhan Virologiya İnstitutunun aparıcı viroloqlarından Şi Zhenqli və başqaları daxil edilib.

"Sənətçilər" arasında The Veeknd, müğənni Selena Qomez, aktyorlar Pobe Ualler-Bridc, Maykl Bakari Cordan, cənubi koreyalı rejissor BonqCun Ho və violonçel ifaçısı Yo Yo Manın adları çəkilir.

"İdeallar" sırasında hüquq müdafiəçisi Ancela Davis, tennisçi Naomi Osaka və başqaları var.

Jurnal hər il "Liderlər" siyahısında Rusiya Prezidenti Vladimir Putinin adını çəksə də, bu il Rusiyadan heç kim siyahıya daxil olmayıb.


Tarix: 23-09-2020, 16:34 Oxunub: 125


Bölməyə aid digər xəbərlər
8-04-2020, 12:25 Tramp ÜST-ü tənqid etdi
8-04-2020, 13:28 Tramp ÜST-ü tənqid etdi