23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Pompeo Belarusa xəbərdarlıq etdi

Pompeo Belarusa xəbərdarlıq etdiABŞ Belarus rəsmilərini respublikada demokratiyanı pozduğu üçün məsuliyyətə cəlb etməkdə davam edəcək.

GununNebzi.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Maykl Pompeo adından yayımlanan bəyanatda qeyd olunub.

Onun sözlərinə görə, Avropa İttifaqı və Amerika artıq bu ölkənin rəsmilərinə qarşı müvafiq addım atıb: “Bu davamlı olacaq”.

Qeyd edək ki, bu gün Avropa İttifaqı və ABŞ Belarus rəsmilərinə qarşı sanksiya tətbiq edib. Lakin, “qara siyahı” da ölkə prezidenti Aleksandr Lukaşenkonun adı yoxdur.
“Report”


Tarix: 3-10-2020, 10:00 Oxunub: 111


Bölməyə aid digər xəbərlər
23-08-2020, 07:28 Pompeo Yaxın Şərqə gedir