23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Hər 10 ölümdən biri alkoqollu içki ucbatından baş verir...”

“Hər 10 ölümdən biri  alkoqollu içki ucbatından baş verir...”“Rusiyada, demək olar ki, hər 10 ölümdən biri spirtli içkilərin bədənə zərərli təsirləri səbəbindən baş verir”.

gununnebzi.az yerli mediaya istinadla xəbər verir ki, bu məlumatı Rusiya Səhiyyə nazirinin müavini Oleq Salaqay açıqlayıb.

"Profilaktik tibb" forumunda nazirlik rəsmisi qeyd edib ki, alkoqolizm qaraciyər serrozu və kardiomiopatiya (ürək əzələsinin zədələnməsi - red.) də daxil olmaqla bir sıra xəstəlikləri təhrik edir. Nəticədə ölkədə hər 10 ölümdən 1-i birbaşa spirtli içki istifadəsi ilə əlaqədardır. Salaqay bu statistik məlumatlarda sərxoş vəziyyətdə olan insanların törətdiyi yol nəqliyyat hadisələrinin və digər qəzaların nəzərə alıb-alınmadığını dəqiqləşdirməyib.

Son illərdə alkoqol səbəbindən ən yüksək ölüm nisbəti Uzaq Şərqdə, xüsusən Çukotka və Maqadan bölgəsində qeydə alınıb.


Tarix: 19-11-2020, 11:40 Oxunub: 162


Bölməyə aid digər xəbərlər