23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bakıda dizel yanacaqlı sərnişin avtobusları istismardan çıxarılacaq

Bakıda dizel yanacaqlı sərnişin avtobusları istismardan çıxarılacaqYaxın gələcəkdə Bakı şəhərinin sərnişindaşımasında istismarda olan dizel yanacaqlı avtobuslar kənarlaşdırılacaq.

Bunu "Caspian Energy Club”ın təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, hazırda dövlət sifarişi ilə ölkəyə avtobus gətirən sahibkarlara avtobusların CNG yanacağı ilə işləyən, mütləq ekoloji təmiz olması tapşırılır: "Gələcək planlarda isə həmçinin, elektrik enerjisi ilə işləyən avtobusların gətirilməsi də nəzərdə tutulur".


Tarix: 25-11-2020, 15:30 Oxunub: 175


Bölməyə aid digər xəbərlər