Xankəndi hava limanının açılışı dekabrın 25-nə planlaşdırılır. Hava limanının ətrafı minalardan təmizlənib, texniki baxımından iş rejiminə hazırdır
GununNebzi.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Hava limanının fəaliyyəti necə tənzimlənəcək?
1. Qarabağın hava məkanı Azərbaycana məxsusdur, burada istənilən uçuş yalnız rəsmi Bakının icazəsi ilə mümkün olacaq;
2. Xankəndi hava limanı Azərbaycanın hava limanı olaraq İCAO-nun yenilənmiş reystrinə salınıb; Beynəlxalq Mülki Aviasiya Təşkilatı işğaldan azad edilmiş ərazilərdə yerləşən hava limanlarının kodunun Azərbaycana məxsus olduğunu təsdiqləyir;
3. Xankəndi hava limanı beynəlxalq status almayıb, amma İCAO Azərbaycana məxsus olduğunu tanıyır və orada Azərbaycanın icazəsi olmadan uçuş həyata keçirilməməlidir, bunun baş verməsi isə artıq Azərbaycanın daxili təhlükəsizlik məsələsidir./"Publika.az"
Bölməyə aid digər xəbərlər