23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda bəzi yanacaq markaları gömrük rüsumundan azad OLUNDU

Azərbaycanda bəzi yanacaq markaları gömrük rüsumundan azad OLUNDU

Reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq idxal gömrük rüsumundan azad edilib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

İndiyə qədər reaktiv mühərriklər üçün TC-1 markalı yanacağa 15 faiz idxal gömrük rüsumu tətbiq olunub.

Qərara əsasən, KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin də 15 faiz idxal gömrük rüsumundan azad olunub.

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2021-ci il yanvarın 1-dək qüvvədədir.

Tarix: 2-03-2020, 14:30 Oxunub: 71


Bölməyə aid digər xəbərlər