23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Yeni seçilən deputatlara döş nişanları verildi

Yeni seçilən deputatlara döş nişanları verildi
Konstitusiya Məhkəməsi VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsini təsdiq etdikdən sonra yeni seçilən deputatlara döş nişanları təqdim edilib.

Bu nişanı ilk dəfə taxacaq yeni deputatların sayı 42 nəfərdir.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib. Martın 5-də Konstitusiya Məhkəməsi VI çağırış Milli Məclisə keçirilən seçkilərin nəticələri 121 dairə üzrə təsdiq edib.

Qeydə alınan pozuntulara görə isə dörd dairə ləğv olunub. Bunlar Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun öndə olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadi Rəcəblinin birinci olduğu 74 saylı Lənkəran Kənd Seçki dairəsi və Çingiz Qənizadənin ilk sırada olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.


Tarix: 7-03-2020, 09:00 Oxunub: 120


Bölməyə aid digər xəbərlər