23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Həbsdə olan baş həkimdən YENİ XƏBƏR

Həbsdə olan baş həkimdən YENİ XƏBƏR

Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Kosayev Tacəddin Vahid oğlu barəsindəki hökmdən kassasiya şikayəti verib.

Bakupost xəbər verir ki, şikayət Ali Məhkəmədə hakim Hafiz Nəsibovun icraatına verilib.

T. Kosayev şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, T. Kosayev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub.

Cinayət işi üzrə beş nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə T.Kosayev iki il müddətinə azadlıqdan məhrum edilib.

Şəki Apelyasiya Məhkəməsində onun şikayəti təmin edilməyib

Onu da qeyd edək ki, T. Kocayev uzun müddət Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının baş həkimi olub.


Tarix: 9-03-2020, 12:00 Oxunub: 90


Bölməyə aid digər xəbərlər