23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İcra başçısının kürəkəni və daha iki məmur saxlanıldı

İcra başçısının kürəkəni və daha iki məmur saxlanıldı
Azərbaycanda qaçaqmalçılığa görə üç yüksək vəzifəli məmur saxlanılıb.

Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov və daha iki vəzifəli şəxs həbs olunublar.
Saxlanılan E.Hüseynov Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevin kürəkənidir.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Ş.Xanbabayevin kürəkəninin saxlanıldığını təsdiqləyib:

“Bəli saxlanılan şəxs kürəkənimdir.Biz də indi məlumat almışıq.Emil Hüseynovun niyə saxlanıldığı barədə dəqiq məlumatımız yoxdur”.

Hazırda faktla bağlı araşdırma aparılır.


Tarix: 9-03-2020, 16:30 Oxunub: 95


Bölməyə aid digər xəbərlər