23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Çətin yerlərdə xidmət edən hərbçilərimizə ikiqat ödəmələr edilməsi davam etsin - Deputatdan TƏKLİF

Çətin yerlərdə xidmət edən hərbçilərimizə ikiqat ödəmələr edilməsi davam etsin - Deputatdan TƏKLİF“Qaradağ rayonunda dəfn edilən şəhidlərin məzarlarının yerləri ailələrinin istəyi ilə dəyişdirildi. Ümid edirəm ki, çətin yerlərdə xidmət edən hərbçilərimizə də ikiqat ödəmələr edilməsi davam edəcək”.

GununNebzi.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

Deputat bildirib ki, qələbəmizi qorumalıyıq: “Şəhidlərlə, qazilərlə bağlı məsələlərin dərs kitablarına salınması üçün Prezidentin tapşırığını gözləməyə nə ehtiyac var? Bundan başqa, şəhidlərimizlə bağlı filmlər çəkilməli, kitablar yazılmalıdır. Bunun üçün də Prezidentin göstərişi lazımdır? Əgər elədirsə, bununla bağlı da komissiya yaradaq”.


Tarix: 1-02-2021, 12:21 Oxunub: 142


Bölməyə aid digər xəbərlər