23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Sosial şəbəkələrlə bağlı tənzimləmələrə dair çağırışlar var” – Zahid Oruc

“Sosial şəbəkələrlə bağlı tənzimləmələrə dair çağırışlar var” – Zahid Oruc“İnformasiya sisteminə aid çox sayda qanun qəbul olunub”.

GununNebzi.az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan Hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, sosial şəbəkələrlə bağlı tənzimləmələrə dair çağırışlar var: “Bununla bağlı Almaniya təcrübəsi öyrənilib. Bu yöndə tənzimləməyə hamının ehtiyacı var. Təhqir üzərindən hakimiyyət uğrunda mübarizə aparmaq, təhqir üzərindən uğur qazanmaq olmaz. Çünki sabah təhqirin hədəfi sən ola bilərsən. Hələlik bununla bağlı konkret tənzimləmələr yoxdur. Hazırda bu məsələ, sadəcə, hüquq-mühafizə orqanlarına müraciət etməklə, həll edilə bilir. Bu istiqamətdə tənzimləmələr üçün beynəlxalq təcrübə araşdırılır”.//Pravda.az


Tarix: 19-01-2021, 16:35 Oxunub: 171


Bölməyə aid digər xəbərlər