23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İqtisadçı alim prezidentin ayırdığı 1 milyardı necə bölüşdülməyi təklif etdi...

İqtisadçı alim prezidentin ayırdığı 1 milyardı necə bölüşdülməyi təklif etdi...

İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhranla mübarizə haqqında sərəncam imzalayıb. Sərəncamda nəzərdə tutulub ki, 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1 milyard manat ayrılsın. Bu məbləğ cari il üçün ÜDM-in 1,2 faizini, dövlət büdcəsi gəlirlərinin 4,14 faizini təşkil edir. Müqayisə üçün qeyd edim ki, anoloji məqsəd üçün 1,3 trilyon dollar ayıran ABŞ federal büdcə gəlirlərinin 43 faizini, büdcə xərclərinin 32,5 faizini, 82 milyard dollar ayıran Kanada isə ÜDM-in 3 faizini koronavirus pandemiyasının təsirlərinin neytrallaşdırlılmasına yönəldir.

Prezident sərəncamından bəlli olur təkliflərin hazılanması və maliiyələşmənin başlaması ən azı 3 həftə vaxt aparacaq, hətta məşğulluq tədbirləri üzrə bu müddət 1 aya qədər uzanacaq.

Bu sərəncamla bağlı 2 məqama toxunmaq istərdim.

1. Ayrılan vəsaitin hələ bir hissəsinin də korrupsiyanın yeminə çevriləcəyini nəzərə alsaq, bu yaranan xərcləri, baş verən itkiləri bərpa etmək və real iqtisadiyyatı qidalandırmaq üçün kifayət etməyəcək.
2. Sərəncamdan irəli gələn tapşırıqların icrası üçün ayrılan vaxtın uzadılması göstərir ki, ya hakimiyyət bu prosesə hazır deyil, ya da hökümət icra müddətini uzatmaqla vaxt qazanmağa üstünlük verir.
Ümumiyyətlə hesab edirəm ki, bu böhranın xərcləri yalnız maliyyə yardımı ilə itkilər yalnız dövlət büdcəsindən ayrılan maliyyə yardımı ilə kompensasiya edilməli deyil, o dövlət şirkətləri və özəl bölmənin sosial məsuliyyət və həmrəyliyi ilə də azaldılmalıdır.

Odur ki, təklif edirəm ki:

1) Aprel ayın 1-dən etibarən növbəti rübdə idxal olunan əsas ərzaq məhsulları, tibbi ləvazimatları və dərman prepararatları gömrük rusumlarından və idxalda Əlavə Dəyər Vergisindən azad edilsin.
2) Kommersiya banklarına olan kredit borclarının və dövlət büdcəsinə mənbədən tutulan vergilərin ödənilməsinə gələn aydan 6 ay müddətində moratorium qoyulsun.
3) Kiçik və orta biznesə qaytarılmasına gələn ildən başlanan uzumüddətli və aşağı faizli kredit xətti açılsın.
4) Aprein 1-dən böhranın təsir etdiyi sahələr üzrə işə götürənlərə və işləyənlərə birbaşa aylıq ödənişlər edilsin.
5) Bu aydan başlayaraq işini itirənlərə növbəti ay üçün əmək haqqlarının 90 faizi həcmində birbaşa nağd ödənişlər edilsin.
6) Aprelin 1-dən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manatdan cari il üçün yaşayış minimumu ölkə üzrə dəyərinə 190 manata çatdırılsın. Ünvanlı sosial yardımın əhatə dairəsi genişləndirilsin.
7) Aprelin 1-dən pensiyaların minimum məbləği 200 manatdan 250 manata, minimum əmək haqqı məbləği 250 manatdan 300 manata, əlillərin müavinəti isə 50 faiz qaldırılsın.
8)Aprelin 1-dən rəsmi işsiz statusu olan qeyri-məşğul əhalinin hamısına minimum əmək haqqı səviyyəsində - ayda 300 manat müavinət ödənilsin.
9) Apteklərdə, mağazalarda, banklarda, poçt idarələrində, ictimai xidmətlər göstərən dövlət şirkətlərində və özəl müəssisələrdə (internet və digər kommunikasiya vasitələrinin təminatında) çalışanların əməyi stimullaşdırılsın və onlar lazımı mühafizə vasitələri - tibbi maska, tibbi əlçək və sair ləvazimatlarla büdcədən ayrılmış vəsaiti hesabına təmin edilsin.
10) Büdcədən ayrılmış 1 milyard manat vəsaitin xərclənməsinin şəffaflığı təmin edilsin və bununla əlaqədar müntəzəm sürətdə əhali məlumatlandırılsın.

Daha çox paylaşmaqla bu təkliflərin nəzərə alınmasına nail ola bilərik.

Qubad İbadoğlu
ADR sədri


Tarix: 20-03-2020, 12:00 Oxunub: 102


Bölməyə aid digər xəbərlər