23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Onlar hərbi obyektlərə girir, şahidləri ovlayır, qəbiristanlıqlara gedirlər”

“Onlar hərbi obyektlərə girir, şahidləri ovlayır, qəbiristanlıqlara gedirlər”

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Avropada təhsil alan və hökumətə müxalif olan aktivistlərlə bağlı şok etiraf səslədirib.
gununnebzi.az rus mediasına istinadən xəbər verir ki, müdafiə naziri Avropa təhsili görən və Qərblə əlaqəsi olan aktivistlərin Rusiyanın müdafiə qabiliyyəti üçün ciddi təhlükə olduğunu bildirib. Şoyqu qeyd edib ki, bu aktivistlər internet vasitəsi ilə qapalı obyektlərə girməyə cəhd edir, yaralıların olduğu xəstəxanalara, qəbiristanlıqlara, anım məraismlərinə gedir, bütün məxfi məlumatlara sahib olmağa, bu məlumatları beynəlxalq səviyyədə ictimaiyyiləşdirməyə çalışırlar. Nazir onların dövlətə məxsus qapalı obyektlər haqqındakı məlumatları internet vasitəsi ilə yaymasının Rusiyanın müdafiə qabiliyyəti üçün ciddi təhdid olduğunu bildirib.



Şoyqu qeyd edib ki, bu hücumların qarşısını almaq, habelə bu əməli törədənləri ciddi şəkildə cəzalandırmaq üçün qanunvericiliyin tənzimlənməsinə ehtiyac var. Bu məqsədlə də Federasiya Şurasına müraciət edən müdafiə naziri Rusiyanı ruslardan qorumaq üçün hüquqi bazaya zəruri dəyişikliklərin edilməsini tələb edib.


Tarix: 26-03-2020, 14:00 Oxunub: 151


Bölməyə aid digər xəbərlər